Image default
HƏRBİ

Ağdamda yeni hərbi hissənin açılışı oldu – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib. Qeyd edək ki, kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

 

Kateqoriya üzrə digər xəbərlər

Cəbhədə atəşkəs yenidən pozuldu

Admin

Döyüşlərə qatılmaq istəyən yeddi min nəfər qeydiyyatdan keçib – RƏSMİ

Admin

Ermənistan ordusunun alayı darmadağın edildi – RƏSMİ

Admin

Mobil telefon əsgərimizi ölümdən xilas etdi – FOTO/VİDEO

Admin

Ermənistanda əsgərlər hərbi hissədən qaçdı

Admin

Silahlı Qüvvələrimiz Ermənistan ordusunu neçə PUA ilə məhv edib? – Dünya mətbuatından ŞOK YAZI

Admin

Şərh yazın