Image default
HADİSƏ / CİNAYƏT

Ağdama keçmək istəyən ŞƏXSLƏR TUTULDU

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Kateqoriya üzrə digər xəbərlər

“Kamaz”ın təkərinin içindən görün nələr çıxdı – FOTO

Admin

Ombudsmandan Şuşada meşələrin ağ fosforla yandırılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Admin

Goranboyda mağazadan oğurluq edənlər tutuldu

Admin

Avtomobil qaçıran şəxslər tutuldu

Admin

Zaqatalada musiqiçi intihar edib

Admin

Olimpiya çempionu intihar etdi

Admin

Şərh yazın