Image default
HƏRBİ

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutulub – RƏSMİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Kateqoriya üzrə digər xəbərlər

3-cü dünya müharibəsi hər an yaşana bilər – Baş qərargah rəisi

Admin

Cəlilabadda şəhid əsgər dəfn edildi – FOTO

Admin

Əli Xamenei: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır”

Admin

Erməni hərbi hissəsində atışma: Ən azı 4 ölü var…

Admin

Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi – RƏSMİ

Admin

9 ölkənin donanması HƏRƏKƏTƏ KEÇDİ – Qara dənizdə…

Admin

Şərh yazın