Image default
İDMAN

AFFA finalçıları cəzalandırdı

AFFA İntizam Komitəsi mayın 24-də Azərbaycan Kubokunun finalında qarşılaşacaq iki klubu – “Keşlə” və “Sumqayıt”ı cəzalandırıb.

Premyer Liqanın XXVI turunun “Keşlə” – “Sumqayıt” oyununda hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən də Bakı və Sumqayıt klubları 800 manat cərimə olunub.

“Sumqayıt” futbolçuları XXVII turun “Neftçi” ilə oyununda da intizamsız çıxış ediblər. Bu matçda da dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub daha 800 manat cərimə olunub.

Həmçinin İntizam Komitəsi aprelin 27-də “Neftçi”nin baş məşqçisi Samir Abbasovla bağlı qəbul etdiyi qərara AFFA Apellyasiya Arbitraj Tribunalının istəyi ilə yenidən baxıb, 27.04.2021-ci ildə 31 nömrəli protokolda qəbul edilən qərar öz qüvvəsində saxlanılıb.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycan güləşçisi çempion oldu – FOTO

Admin

“Qəbələ” Bakını seçdi

Admin

Azərbaycanlı futbolçu ABŞ-la vidalaşdı – FOTO

Admin

PSJ-nin üç futbolçusunun COVID-19 yoluxduğu iddia olunur

Admin

İsrailli futbolçu Azərbaycan millisinə dəvət olundu

Admin

İdmançılar və onların məşqçilərinin mükafat məbləği məlum oldu

Admin

Şərh yazın