Image default
HADİSƏ / CİNAYƏT

Abşeronda narkotik satışı ilə məşğul olan 5 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in mətbuat xidmətindən   verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı Abşeron rayon sakinləri Rahinc Əhmədov, Vüsal Əliyev, Orxan Abdullayev, Pərviz İslamov və Ələkbər Carıyev tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Abşeron rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Baş Prokurorluq Şəmkirdəki bıçaqlanma ilə bağlı məlumat yaydı

Admin

Şabranda kişiyə çox sayda bıçaq zərbələri vuruldu

Admin

XİN-in yüksək vəzifəli əməkdaşı vəfat etdi

Admin

Gəncədə yaşayış binası YANDI

Admin

Ana və qızının həlak olduğu dəhşətli qəzanın görüntüləri – ANBAAN VİDEO

Admin

Balakəndə avtomobil atlını vuraraq öldürüb – VİDEO

Admin

Şərh yazın