DÜNYA SƏHİYYƏ

ABŞ-da vaksin vurdurmayan məmurlara SƏRT XƏBƏRDARLIQ

ABŞ Prezidenti Co Bayden “delta” ştammının yayılmasından irəli gələn COVID-19 dalğası ilə mübarizə aparmaq üçün yeni “fəaliyyət planı”nı təqdim edib.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb.

O bildirib ki, 100 milyon amerikalı – federal hökumətin işçiləri, podratçılar və səhiyyə əməkdaşları peyvənd olunmadıqları təqdirdə işdən kənarlaşdırılacaqlar: “Ümid edirəm ki, məsələ işdən çıxarılmaq həddinə çatmayacaq. Bizim vəzifəmiz peyvəndlərin təhlükəsizliyi və effektivliyi haqqında federal hökumət rəsmilərinə məlumat verməkdir” – Psaki qeyd edib.

Bayden isə bildirib ki, “Səbr etdik. Ancaq səbrimiz tükəndi və peyvənddən imtina etməyiniz hamımıza baha başa gəldi. Peyvənd olunmayan kütlə ölkəyə çox zərər verə bilər”.

Respublikaçı liderlər və bəzi həmkarlar ittifaqları rəhbərləri isə Baydenin özəl şirkətləri və işçiləri əziyyətə salmaq məsələsində həddini aşdığını, bunun müəyyən hüquqi problemlərin əlaməti olduğunu söyləyiblər.

Kateqoriya üzrə digər xəbərlər

Arif Quliyevin vəziyyəti pisləşdi – AÇIQLAMA

Admin

Radioloqdan KƏSKİN İRAD: Bu, bizi məhv edə bilər!

Admin

Tramp haqqında həbs qərarı verildi

Admin

Əfqanıstanda yüzdən çox dinc sakin evində qətlə yetirilib

Admin

Mixail Roşin: “Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada yaşayır” – MÜSAHİBƏ

Admin

İranda GÜCLÜ ZƏLZƏLƏ

Admin

Şərh yazın