Image default
DÜNYA

ABŞ Əfqanıstana 500 milyon dollar pul və min hərbçi göndərir

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandan olan qaçqınlara yardım üçün 500 milyon dollar vəsaitin ayrılması haqqında fərman imzalayıb.

Xəbəri Ağ Evin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, vəsait Əfqanıstanda yaranmış vəziyyət nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin zəruri ehtiyaclarının təmin edilməsinə yönəldiləcək.

Pul həmçinin ABŞ-a viza və miqrasiya üçün müraciət edən əfqanların sənədlərinin rəsmiləşdirilməsinə xərclənəcək.

Bundan əlavə, Pentaqon qaçqınların təxliyəsi üçün yaxın vaxtlarda daha minə yaxın ABŞ əsgərinin Kabil hava limanına enəcəyini bəyan edib.

Bundan əvvəl isə qeyd olunan məqsədlə Əfqanıstana 2 500 hərbçi göndərilmişdi. Onlar hazırda Kabil hava limanında xidmət aparırlar.

Kateqoriya üzrə digər xəbərlər

Tehran danılmaz fakt qarşısında: İranın narkotrafikinin sübutları – VİDEO

Admin

İrəvanda 130-a yaxın etirazçı tutuldu YENİLƏNİB + VİDEO

Admin

“Qarabağ qiyamətə qədər Azərbaycanın olaraq qalacaq” – VİDEO

Admin

Rusiyada göyərtəsində beş nəfərin olduğu vertolyotun qalıqları tapılıb – VİDEO

Admin

Tramp rəqs edərək son dəfə səs istədi – VİDEO

Admin

Azərbaycan bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır – Rəhimzadə

Admin

Şərh yazın