Image default
HƏRBİ

35 yaşadək şəxslərin nəzərinə – Xidmətə qəbul elan edildi

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nin Mətbuat Mərkəzindən   bildirilib ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

– Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

– 35 yaşı keçməməli;

– Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

– Həkim-terapevt;

– Həkim-ümumi cərrah;

– Həkim-stomatoloq;

– Həkim-sanepidemioloq;

– Həkim-dermatoloq;

– Həkim-infeksionist;

– Həkim-otolarinqoloq;

– Həkim-laborant;

– Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

– Feldşer;

– Feldşer-laborant;

– Diş texniki.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

– Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

– Fiziki cəhətdən sağlam olmalı;

– Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda hərbi vəziyyət elan edildi – RƏSMİ

Admin

ABŞ-dan SON DƏQİQƏ Qarabağ açıqlaması: Azərbaycana… – VİDEO

Admin

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi – FOTO

Admin

Nazirlik ötən gecə cəbhədə baş verənlərlə bağlı məlumat yaydı

Admin

Düşmən gecə basqın etdi, itki verərək, geri oturduldu – RƏSMİ

Admin

Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yaydı

Admin

Şərh yazın