Image default
SƏHİYYƏ

20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var – FOTO

20 yaşlı Rəhmanın sizin köməyinizə ehtiyacı var.

Bu barədə   onun qardaşı Rəhimov Rəhim məlumat verib.

Onun sözlərinə görə, qardaşı artıq 10 ildir qaraciyər xəstəliyindən əziyyət çəkir:

“Qardaşım 2000-ci il təvəllüdlü Rəhimov Rəhman Tofiq oğlu 10 ilə yaxındır qaraciyər xəstəliyindən əziyyət çəkir. Neçə illərdir biz onu İrana müalicəyə aparırdıq. Xəstəlik qaraciyər sirrozuna çevrilməsin deyə mütəmadi müalicə alırdı. Pandemiya ərəfəsində dərmanları tapa bilmədik və vəziyyəti bir qədər ağırlaşdı. Bakıya xəstəxanaya gətirdik və Mircəlal həkim müayinə etdi. O dedi ki, artıq qaraciyər sirrozunun ilkin mərhələsi başlayır, müalicə yox əməliyyat lazımdır.

Həkimin sözlərinə görə təkcə əməliyyatın xərci 47 min manatdır. Çoxsaylı analizlər və əməliyyatdan sonra həkim nəzarətində qalması, dərmanlar bu məbləği daxil deyil. Maddi durumumuz əməliyyat xərclərini qarşılamağa yol vermir. Çox xahiş edirəm ki, qardaşımın əməliyyatı üçün bizə dəstək olasınız”.

R.Rəhimov deyir ki, qardaşı üçün iki donor tapılıb:

“İki nəfər donor var. Yalnız onların toxumalarının uyğunluğunun yoxlanılması üçün tələb olunan analizlər çox bahalı olduğu üçün hələ ki, yoxlanılmayıb. Maddi durumumuz çox aşağı səviyyədədir”.

Ailəyə yardım etmək istəyənlər +99470 569 19 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.

 

 

Kateqoriya üzrə digər xəbərlər

Həkimdən çağırış: Koronavirus çox dəhşətli xəstəlikdir, mütləq vaksin vurdurun

Admin

Dietoloqdan SOS: Səhərlər acqarına limonlu su içmək görün nələrə səbəb olur?

Admin

Türkiyədə kütləvi zəhərlənmə – Ölənlər var

Admin

Azərbaycanda iki vəkil koronavirusa yoluxdu

Admin

Rusiyada COVID-19-dan sağalanlar qan plazması donoruna çevrilir

Admin

Cəlal İsayev: “Məktəblərdə yoluxma riski qat-qat çox ola bilər”

Admin

Şərh yazın