Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

15 yaşlı yeniyetmənin “zarafatı” həbslə nəticələnib

Aprelin 9-da Avstriyanın Federal Kansleri Sebastian Kurtsun ictimaiyyətlə videoformatda görüşü zamanı 15 yaşlı yeniyetmə aprelin 10-da saat 13:00-da Vyananın mərkəzində yerləşən Müqəddəs Ştefan Katedralına silahlı hücum baş verəcəyini elan edib.

Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Kobra” dəstəsi aprelin 9-da axşam saatlarında Terrorizmə qarşı Mübarizə Federal İdarəsinin təqdim etdiyi məlumatlar əsasında gəncin yerini müəyyən edərək həbs ediblər. İndiyədək hüquq-mühafizə orqanlarının cinayət reyestrində adı keçməyən gənc ilkin ifadəsi zamanı heç bir hücum planlamadığını, canlı yayımın çat bölməsində yazdıqlarının yalnız zarafat məqsədi daşıdığını bildirib. O, ictimai məkan sayılan canlı yayımda yazdıqlarının yaratdığı məsuliyyətin ona məlum olmadığını da etiraf edib.

Vyana Əyalət Kriminal İdarəsi bu hadisənin arxasında real terror təhlükəsinin olma ehtimalını və gəncin radikal qruplaşmalarla mümkün əlaqələrini araşdırmaq üçün cinayət işinə başlayıb. “Zarafatı” ona baha başa gələn yeniyetmə isə araşdırmalar başa çatana kimi penitensiar xidmətin yeniyetmələr üçün müəssisəsində qalmalı olacaq.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda məktəbli bədbəxt hadisə nəticəsində öldü

Admin

Şəmkirdə karantin qaydalarını pozan çay evi aşkarlandı

Admin

Gecə saatlarında Bakıda güclü yanğın

Admin

Qobuda taksi sürücüsü görün kim çıxdı – VİDEO – FOTO

Admin

Kanadada bir gecədə iki kilsə tamamilə yandı

Admin

Bakıda 37 yaşlı kişi boynundan bıçaqlandı

Admin

Şərh yazın