Image default
TƏHSİL

15 yaşlı tələbə: “Birinci sinfə dörd yaşımda getmişəm” – FOTO

Bu il ali məktəbə qəbul olan ən gənc tələbə Səfərli Həmid Xəqani oğludur.

Belə ki, 15 yaşlı tələbə Azərbaycan Tibb Universitetində təhsil alacaq.

Həmid Səfərli bu yaşda tələbə olmağın sirrini bölüşüb:

“Goranboy rayonunda doğulmuşam, birinci sinfə dörd yaşımda, elə rayonumuzda getmişəm. Bu yaşda oxumağa həvəsim bacım Leyla məktəbə gedəndə yarandı. Təkid etdim ki, valideynlərim məni də məktəbə yazdırsınlar. Sağ olsunlar, istəyimi nəzərə aldılar və mən özümdən bir yaş böyük bacım Leyla ilə eyni sinifdə oxudum, universitetə də onunla birgə hazırlaşdım. Bəxtimiz elə gətirdi ki, onunla eyni fakültəyə daxil olduq. Hər ikimiz Azərbaycan Tibb Universitetində dövlət sifarişi ilə əyani təhsil alacağıq. Mən 602 bal toplaya bildim, bacım isə 631. Anamız kimi yaxşı həkim olmağı arzu edirdik. İndi bu arzuya çatmağın sevincini yaşayırıq. Qürurluyuq!”

Qeyd edək ki, bu il 44 861 abituriyent ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 nəfər dövlət sifarişi əsasında, 23 005 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Kateqoriya üzrə digər xəbərlər

Məktəbli formalarının tikilişinə başlanılıb

Admin

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Admin

X-XI siniflərin tədrisi ilə bağlı VACİB AÇIQLAMA

Admin

Təhsil nazirinin videoqəbulunun vaxtı dəyişdirildi

Admin

Məktəb direktorunun otağında QALMAQALLI GÖRÜNTÜ – VİDEO

Admin

Təhsil Nazirliyi direktor olmaq istəyənlərin sayını açıqlandı

Admin

Şərh yazın