Image default
TEXNOLOGİYA

0“Kontakt” “De’Longhi” ilə birgə “Milli Kitab Satış Sərgisi”nə sevinc qatdılar – FOTO

Sevindirən şəbəkəmiz olan “Kontakt” bu dəfə pozitiv enerjsini kitabsevərlərə ötürə bilib. Belə ki, şəbəkə dünyaca məşhur partnyoru “De’Longhi” brendi ilə birlikdə 1-10 oktyabr tarixlərində keçirilən “Milli Kitab Sərgisi”nin baş sponsporu olub.

“Qanun” Nəşriyyat Evinin və “Əli və Nino” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkaya 35 000-dən çox ziyarətçi, 100-dən çox qonaq, 50-dən çox sahibkar qatılıb. Maraqlı seminarlar, görüşlər, imza günləri, təqdimat və konsertlərlə zəngin olan tədbirin ziyarətçiləri “Kontakt” ilə “De’Longhi” brendlərindən ətirli qəhvə dadmaq, “De’Longhi” məhsulları barədə ətraflı məlumat almaq imkanı qazanıblar. Bundan başqa, sərgi ziyarətçilərinə sponsorlar tərəfindən müxtəlif tematik hədiyyələr də təqdim olunub.

“Biz çox sevincliyik ki, gənclər arasında kitab və mütaliənin təbliğində kiçik də olsa bizim də qatqımız oldu. Bu sərgidən bizə xoş xatirələr yadigar qaldı. Belə bir tədbirdə baş sponsor olmaqdan çox məmnun olduq”, – deyə “Kontakt” mağazalar şəbəkəsindən bildiriblər.

“De’Longhi” brendinin sərgiyə bəxş etdiyi kofe ətri isə mütaliəni daha da sevimli edib.

“Qəhvə mütaliənin ayrılmaz hissəsidir. Məhz buna görə sərgiyə sponsor olduq. Çox şadıq ki, kitabsevərləri ləziz və ətirli kofe ilə təmin edə bildik”, – deyə “De’Longhi” brendinin nümayəndələri tədbir haqda fikirlərini bölüşüblər.

Qeyd edək ki, dünyaca məhşur “De’Longhi” mətbəx üçün məişət texnikasının istehsalı üzrə ixtisaslaşır. Brendin məhsulları ilə yaxından tanış olmaq üçün rəsmi tərəfdaşı olan “Kontakt” mağazalarına yaxınlaşa və ya kontakt.az saytına keçid edə bilərsiniz.

Xatırladaq ki, “Kontakt” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biridir. 30 000-dən çox məhsul çeşidinə malik “Kontakt Home” mağazalarında ev üçün axtardığınız hər şeyi tapa bilərsiniz. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz.

Kateqoriya üzrə digər xəbərlər

Qaz sayğaclarının uzaqdan oxunmasına start verilib – FOTO/VİDEO

Admin

Smartfonların ekranını necə qorumaq lazımdır?

Admin

Fransızlardan susmaları və telefondan istifadə etməmələri istənildi

Admin

“Twitter” tərcümə üçün yeni xidmətə müraciət edib

Admin

“WhatsApp” yeni funksiyanı işə salır – FOTO

Admin

Azərbaycanda əlverişli rouminqin tətbiqində milli tənzimləyici orqanın müstəqilliyi çox əhəmiyyətlidir

Admin

Şərh yazın