Image default
HƏRBİ

Əsir düşmüş əsgərlərimizi xilas etmək üçün kampaniya başladılıb – VİDEO

Noyabrın 12-də “ANNA News” YouTube kanalında azərbaycanlı əsirə (Amin) rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb.

Həmin materialda Aminin erməni hərbçisinin söyüşünə cavab verməsi də görünür. Sözügedən video ermənilər tərəfindən azərbaycanlı hərbçilərə münasibətdə humanizm kimi təqdim olunub.

Bir neçə gün sonra sosial şəbəkələrin erməni seqmentində daha bir video paylaşıldı.https://www.youtube.com/embed/U-e-eFhWt8A

Bu video materialda Aminin mikro avtobusda (tibbi yardım maşını olduğu ehtimal edilir) erməni hərbçilər tərəfindən işgəncələrə məruz qalması görünür. 

Ermənistan tərəfi əsir götürülmüş azərbaycanlı hərbçilər arasında Amin və Bayram adlı şəxslərin olmadığını iddia edir.https://www.youtube.com/embed/pXWolq9mV3M

Belə halda biz Amin və Bayramın həyatını xilas etmək üçün sosial şəbəkələrdə müvafiq olaraq #bringbackAmin və #bringbackBayram həştəqi ilə kampaniya başladılmasına qərar vermişik.

Məsələnin araşdırılması üçün paralel olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə fərdi müraciətlər (email və ya tag formasında) olunmalıdır. Problem geniş işıqlandırıldıqdan sonra ermənilər Amin və Bayramın taleyi barədə məlumat verməyə məcbur olacaqlar.  

Kateqoriya üzrə digər xəbərlər

Avropa birinciliyinin iştirakçısı qazi Ruhin Ələkbərli – VİDEO

Admin

Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi – VİDEO

Admin

Türkiyə İran sərhədinə QOŞUN YERİTDİ: 20 min əsgər, PUA-lar…

Admin

Düşmən yaşayış məntəqələrimizi atəşə tutdu: ölən və yaralananlar var

Admin

“Mübariz” postunun alınmasında iştirak edən xüsusi təyinatlımız – VİDEO

Admin

Düşmən daha bir zirehli texnikasını döyüş meydanında qoyub qaçdı – FOTO

Admin

Şərh yazın