Image default
İQTİSADİYYAT

Ərzaq qiymətlərində artım əhalinin büdcəsinə necə təsir edib? – SORĞU

Azərbaycanda mövcud sosial-iqtisadi vəziyyət və gözləntilər barədə keçirilən sorğu nəticələrinə əsasən son aylar ərzində əhalinin maddi vəziyyətində bir sıra istiqamətlərdə mənfi tendensiyalar müşahidə edilib.

Sosial Tətqiqatlar Mərkəzindən   verilən məlumata əsasən, hər on nəfərdən doqquzu (84,4 faiz) son aylar ərzində ərzaq məhsullarının qiymətində artım müşahidə etdiyi halda, respondentlərin yarıdan çox hissəsi (50,9 faiz) son bir il ərzində ailə büdcəsindən ərzaq məhsullarına çəkilən xərclərin çox, təxminən 40 faiz isə müəyyən qədər artdığını bildirib.

Son aylar ərzində istehlak (ərzaq) məhsullarının qiymətində 14,3 faiz respondent heç bir dəyişiklik görməyib. Bütün gəlir qrupları üzrə ərzaq məhsullarına çəkilən xərclərin artdığını deyənlərin nisbəti ən azı 90 faiz təşkil edir.

2021-ci il ərzində ailə büdcəsindən çəkilən xərclərin artması fonunda cəmi 6,3 faiz respondentin ailəsinin gəlirlərində artım müşahidə edilib. Əgər hər üç nəfərdən birinin ailəsində (31,4 faiz) aylıq gəlir azalıbsa, ərzaq məhsullarına çəkilən xərc yalnız 4,3 faiz ailədə azalıb. Respondentlərin əhəmiyyətli hissəsi üçün (60,2 faiz) ailə gəlirlərində 2021-ci ildə dəyişiklik olmayıb.

Əhalinin qarşıdakı bir il ərzində ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı qənaəti birmənalı deyil. Belə ki, 31,6 faiz əhalinin sosial-iqtisadi rifahının müsbətə, 26,4 faizi isə mənfiyə doğru dəyişəcəyini düşünür. Hər dörd nəfərdən biri (23,3 faiz) vəziyyətin dəyişməyəcəyi qənaətindədir.

Qeyd edək ki, 1 073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində keçirilən telefon sorğusunda əminlik intervalı 95 faiz, xəta marjası 3 faiz təşkil edib.

Kateqoriya üzrə digər xəbərlər

Əmək Məcəlləsinin Əməyin mühafizəsi xidmətləri maddəsinə əlavə ediləcək

Admin

Maliyyə Nazirliyi dövlət şirkətlərinə xəbərdarlıq etdi

Admin

Azərbaycanda yanvardan başlayaraq bu uşaqlara PUL VERİLƏCƏK

Admin

Azərbaycanda pensiya ilə bağlı YENİLİK: Təhsil dövrü staj sayılacaq – RƏSMİ

Admin

Sahibkarlar elektron qaydada kreditlər əldə edə biləcəklər

Admin

Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA – VİDEO

Admin

Şərh yazın