Image default
DÜNYA

Ərdoğanın budəfəki səfəri tarixi hadisədir – Azər Badamov

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfəri öz əhəmiyyətinə görə böyük tarixi hadisədir. Çünki səfərin gündəliyi çox zəngindir”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, Ərdoğan səfər çərçivəsində Bakıda Türkiyə millisinin matçını izləyəcək və tarixdə ilk dəfə olaraq azad Şuşaya səfər edərək orada rəsmi görüşlər keçirəcək:

“Türkiyə Prezidentinin belə əlamətdar hadisələrlə bağlı ölkəmizə səfər etməsi əsil qardaşlığın və dostluğun nümayişi deməkdir. Bu qardaşlıq və dostluq dövlət başçılarımızın şəxsi münasibətləri üzərində daha da möhkəmlənib. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfəri həm də düşmənlərimizə bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman və necə lazımdırsa Azərbaycanın yanındadır”.

Deputatın fikrincə, Azərbaycanın müharibədən 7 ay sonra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin iqtisadi gücünü göstərir:

“Bu o deməkdir ki, 2020-ci ilin maliyyə çətinliklərini arxada qoyaraq inkişafın yeni mərhələsinə daxil olmuşuq. Azərbaycan dünyanın ən sakit, təhlükəsiz, inkişaf edən və beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir infrastruktur yaratmış ölkədir. Həm də beynəlxalq tədbirlərin keçirilməsində ölkəmiz böyük təcrübə qazanıb. Beynəlxalq tədbirlərin təşkilatçıları üçün qeyd etdiyim amillər əsasdır və Azərbaycanı daha münasib hesab edirlər. Beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin tanıdılması və turizm sektorunun yenidən dirçəldilməsi baxımından çox vacibdir. Düşünürəm ki, keçirilən beynəlxalq yarışlar dünyanın Azərbaycana marağını artıracaq və dünya turizm sənayesində payımızın artmasına təkan verəcək”.

Kateqoriya üzrə digər xəbərlər

İranın nüvə obyektləri təftiş ediləcək

Admin

Növbəti hərracda 27 dövlət əmlakı özəlləşdiriləcək

Admin

Hava proqnozunu aparan qadının geyim tərzi onun çılpaq olduğu təəssüratını yaratdı

Admin

Erməni ekspert Fransanın cavabını İlham Əliyevin sözləri ilə verdi – ŞOK AÇIQLAMA

Admin

Ruhanidən Qarabağ açıqlaması

Admin

Rusiyada deputatlar koronavirusdan maraqlı üsulla qorunur

Admin

Şərh yazın