Image default
DÜNYA

Ərdoğandan “Taliban”la bağlı KRİTİK AÇIQLAMA: Lazım gələrsə…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki qeydiyyatdan kənar Əfqanıstan qaçqınlarının sayını açıqlayıb.

Ərdoğan bu barədə rəqəmlərin şişirdildiyini bildirib.

“Əfqanıstandan Türkiyəyə 1,5 milyon qaçqının miqrasiyası barədə deyilənlər yalandır. Hazırda məlumata görə, ölkəmizdə 300 min qeydiyyatsız Əfqanıstan qaçqını var”, – Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Əfqanıstan xalqı bizim müsəlman qardaşımızdır: “Əfqanlar bizim müsəlman qardaşlarımızdır. Onlara qapımızı bağlayası deyilik. Hazırda orada ölümdən uzaq bir addımın atılmış olması məncə Əfqanıstanın ən önəmli qazancıdır. Bu mövzuda ABŞ-la müzakirələr mövcuddur. Lazım gələrsə, “Taliban”la da danışıqlar apara bilərik. Bir iş var, həqiqət var və bu mövzuda qapı döyüləndə qapımızı açıb danışıqlarımızı aparacağıq”.

Türkiyə Prezidenti əlavə edib ki, Əfqanıstanda işlər davam etdirilir:

“Əfqanıstanda bütün imkanlarımızla istər infrastruktur, istər digər məsələlərdə əlimizdən gələni etmişik. Çalışmalarımızı hazırda da davam etdiririk. Qərb və İslam dünyası Əfqanıstana lazımi diqqəti göstərmir. 20 ildən artıq bir müddətdə həm bütün dünya, həm də qərb dünyası, xüsusən də İslam dünyası ora lazımi qayğı göstərmədi. İstər Rusiyanın Əfqanıstana müdaxiləsi olsun, istərsə də ABŞ-ın sonrakı müdaxiləsinin heç biri uğurlu olmadı. Bu ölkələr Əfqanıstana yalnız hərbi yolla və ya silahla yaxınlaşdılar. Özləri trilyonlarla pul köçürdülər. Amma bu trilyonlarla pulun hara xərclənməsi çox vacibdir. Nəhayət, bütün bu addımların haradan gəldiyi bəlli oldu. Əfqanıstan indi ciddi şəkildə təkbaşına qalıb və burada “Taliban”ın münasibəti aydın olsa da, təşkilatla müxtəlif danışıqlar aparılıb və nəticə göz qabağındadır. İndi də özləri deyirlər. Deyirlər ki, bütün bu silah və sursatları, avadanlıqları və döyüş sursatlarını harada qoyduğumuz hələ bəlli deyil”, – Ərdoğan əlavə edib.

Kateqoriya üzrə digər xəbərlər

Saakaşvili ABŞ-ın Donetskə hücum planından danışdı

Admin

Boliviyada həkimləri daşıyan təyyarə qəzaya uğrayıb, ölənlər var

Admin

Kabildə yalnız üç ölkənin səfirliyi qalıb

Admin

Rusiyanın Qara dəniz sahilləri ekoloji fəlakətlə üzləşdi – VİDEO

Admin

Özbəkistanda prezident seçkilərində seçici fəallığı müşahidə olunur – FOTO

Admin

Bayden zənginlər üçün vergiləri artıracağını elan etdi

Admin

Şərh yazın