Image default
DÜNYA

Ərdoğan prezident oğlunun toyunda – FOTO/VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ailə üzvləri ilə birlikdə dünən rəsmi səfərdə olduğu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bosniyalıların mərhum lideri Aliya İzzetbeqoviçin oğlu ilə Xalq Məclisinin sədri Bakir İzetbeqoviçin qızının toy mərasimində iştirak edib.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yasmina İzetbeqoviç və iş adamı Çamil Humaçkiçin dini nikahı Qazi Hüsrev bəy məscidində təşkil olunub.

Qeyd edək ki, rəsmi səfər çərçivəsində Ərdoğan əvvəlcə Aliya İzzetbeqoviçin məzarını ziyarət edib. Daha sonra paytaxt Sarayevoda Başçarşı məscidinin açılışına gedib. Prezident Ərdoğan cümə namazını Başçarşı Məscidində qılıb.

Açılışdan əvvəl isə şəhəri və bazarı gəzən ölkə başçısı ətrafında böyük bir izdiham yaranıb. Vətəndaşlar Prezidenti yaxından görmək və foto çəkdirmək üçün bir-biri ilə yarışa girib.

Kateqoriya üzrə digər xəbərlər

Daha bir ölkə Qarabağla bağlı qərəzli qətnamə qəbul etdi – XİN-dən SƏRT REAKSİYA

Admin

BMT Baş katibi dünyada atəşkəsə mane olan problemləri sadaladı

Admin

Dahi yazıçının ölüm tarixi niyə əxlaqsız qadınlar üçün matəm kimi qeyd olunur?

Admin

Kim Çen In xalqını Yeni il münasibətilə canlı təbrik etmədi

Admin

Özbəklər Rusiya-Qazaxıstan sərhədinə toplaşır

Admin

Savaş davam edəcək: Paşinyan şərti pozdu

Admin

Şərh yazın