Image default
AZƏRBAYCAN DÜNYA

Ərdoğan: “İranda yaşayan azərbaycanlıların sayı göz önündədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə toxunub.

Türkiyənin dövlət başçısı bu barədə jurnalistlərin suallarına cavab verərkən danışıb.

O qeyd edib ki, İran Naxçıvan sərhədində və Cənubi Qafqazda hərbi aktivlik nümayiş etdirir:

“İran bir tərəfdən Azərbaycanın İsrail ilə əlaqələrinə işarə edir. Türkiyənin Qafqazda aktiv və daimi faktora çevrildikdən sonra İranın bu hərəkətləri məntiqlidirmi? İran İsraillə münasibətlərinə görə Azərbaycanı hədəfə çevirə bilməz. Şəxsən mənim belə bir gözləntim yoxdur. Bu gün İranda yaşayan azərbaycanlıların sayı göz önündədir. Bu təbii ki, düşündürücüdür. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”, – Türkiyə Prezidenti vurğulayıb.

Kateqoriya üzrə digər xəbərlər

Rusiya prezidentinin şəxsi mühafizəçisi Kremldə intihar etdi – FOTO

Admin

Nazirlik: “İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir”

Admin

“Atamla anam yataqdan durmurlar…”: Azyaşlı uşaqlar üç gün ölmüş valideynləri ilə yaşadı – FOTO

Admin

Azərbaycanda üçtərəfli bəyanatdan sonra cərəyan edən əsas hadisələr: 200 gündə 10 ciddi nəticə

Admin

Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var – FOTO

Admin

Bayden Vaşinqtondakı iğtişaşlara reaksiya verib

Admin

Şərh yazın