Image default
AZƏRBAYCAN DÜNYA

Ərdoğan: “Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul” freqatının açılış mərasimində çıxış edib. Dövlət başçısı nitqində II Qarabağ müharibəsinə də toxunub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Prezident bildirib ki, ölkə pilotsuz uçuş aparatları istehsalında dünyada ilk yerlərdədir.

“İçimizdəki qafillərin qarayaxma kampaniyalarına baxmayaraq, silahlı-silahsız PUA-larımız bütün dünyada həsədlə izlənilir. 44 günlük Qarabağ zəfərində olduğu kimi, Türkiyə PUA-ları da qazandıqları uğurla döyüş üsullarını dəyişdirirlər”.

O, bu halın bəzi ölkələrlə münasibətlərdə problemlər yaratdığını vurğulayıb:

“Məsələn, guya biz dostuq. Biz “kamera” istəyirik, onlar vermirlər. Niyə? Deyirlər ki, sən niyə Ermənistanla döyüşürsən? Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir. Bacardığımız qədər dəstək verməliyik”, – deyə prezident vurğulayıb.

Kateqoriya üzrə digər xəbərlər

2 fevral – Azərbaycan Gəncləri Günüdür

Admin

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Admin

Hikmət Hacıyev: “Ermənistanın Gəncədə törətdiyi terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub” – FOTO

Admin

İcra hakimiyyətində yeni TƏYİNAT – FOTO

Admin

Qarabağ danışıqları hansı halda bərpa edilə bilər? – AÇIQLAMA

Admin

Gürcüstanda matəm elan edildi

Admin

Şərh yazın