Image default
DÜNYA

Ərdoğan ABŞ-dan yeni F-16-ların alınması məsələsinə aydınlıq gətirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfər öncəsi hava limanında mətbuat konfransı keçirib.

Anqola, Toqo və Nigeriyanı ziyarət edəcək dövlət başçısı bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb.

Ərdoğan indiyədək 28 Afrika ölkəsinə 38 dəfə səfər etdiyini bəyan edib. O, qitə ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində mühüm addımların atılacağını anons edib.

Türkiyə prezidenti, həmçinin ABŞ-da F-16 qırıcılarının yeni partiyasının alınması ilə bağlı dolaşan iddialara da aydınlıq gətirib. O, ölkəsinin yeni nəsil F-35 təyyarələri üçün ABŞ-a 1.4 milyard dollar ödədiyini və bunun müqabilində Türkiyənin beşinci nəsil qırıcıların hazırlanması proqramından kənarlaşdırılaraq, əvəzində ona yeni F-16 təyyarələrinin təklif olunduğu bildirib.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanlı-erməni toqquşması Nikola sərf edir… – Yesayan

Admin

Ərdoğan: “İranda yaşayan azərbaycanlıların sayı göz önündədir”

Admin

Səudiyyə Ərəbistanının paytaxtında güclü partlayış baş verdi – VİDEO

Admin

İsrail hərbi əməliyyatları dayandırır?

Admin

Ordumuzun yeni taktikası: ABŞ generalları belə etiraf edir

Admin

Şimali Koreya bir il sonra ilk dəfə ballistik raketlərini sınaqdan keçirdi

Admin

Şərh yazın