Image default
AZƏRBAYCAN İQTİSADİYYAT

Əlilliyi ləğv edilən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkə səhifələrində Quliyev Elşad Elbrus oğluna əlillik təyin edilməməsi ilə bağlı narazılığı barədə yayılan videoya münasibət bildirib.

Nazirlikdən  verilən məlumatda bildirilir ki, vətəndaşın səsləndirdiyi ittihamlar əsassızdır: “Çünki ötən illərdə Quliyev Elşad Elbrus oğluna hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib.

Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər.

Bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb”.

Kateqoriya üzrə digər xəbərlər

Əsassız xəbərləri yaymaq yolverilməzdir – DTX

Admin

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı – FOTO

Admin

Deputatdan rəhbəri olduğu qurumda korrupsiya əməliyyatı ilə bağlı AÇIQLAMA

Admin

Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq

Admin

Azərbaycanda sərt karantin rejiminin uzadılması ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

Admin

Dəyəri milyardlarla ölçüləcək torpaqlarda… – Firudin Tağıyev

Admin

Şərh yazın