Image default
DÜNYA

Əfsanəvi futbolçu Rossi dəfn edilərkən evi qarət olunub

İtaliyanın əfsanə futbolçularından biri olan Paolo Rossi son mənzilə yola salınarkən evinə oğru girib.

Bu barədə “La Gazzetta dello Sport” qəzeti xəbər yayıb.

Bildirilir ki, dünən dəfn edilən “Pablito” ləqəbli məşhur futbolçunun Toskanadakı evi qarət olunub.

Onlar Rossiyə məxsus qiymətli saat, zinət əşyaları və pul oğurlayıblar, ancaq futbolçunun qazandığı kuboklara və medallara toxunmayıblar.

Xatırladaq ki, İtaliyanın əfsanəvi futbolçularından olan Paolo Rossi 64 yaşında vəfat edib. Müalicəsi mümkün olmayan xəstəlik Rossinin ölümünə səbəb olub.

O, 1982-ci ildə İspaniyada keçirilmiş dünya çempionatının qalibi və altı qolla bombardiri olub.

Əfsanəvi futbolçu həmin mundialda Braziliyaya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə het-trik etməsi ilə yadda qalıb. Elə həmin il Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”a layiq görülüb.

Paolo Rossi karyerası ərzində “Yuventus”, “Komo”, “Viçentsa”, “Milan” və “Verona” klublarında çıxış edib.

 

Kateqoriya üzrə digər xəbərlər

İbrahim Kalın Aİ rəsmiləri ilə Qarabağ məsələsini müzakirə edib

Admin

Devid Bekhem DÇ-2022-nin siması olacaq – FOTO

Admin

Koronavirusdan dualarla qorunmağa çağıran Tanzaniya prezidenti öldü

Admin

İran Ukrayna təyyarəsi ilə bağlı hesabat təqdim edəcək

Admin

İranda GÜCLÜ ZƏLZƏLƏ

Admin

Moskvada terror planlaşdıran İŞİD üzvləri ələ keçdi – VİDEO

Admin

Şərh yazın