Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Əfqanıstanda yüzdən çox dinc sakin evində qətlə yetirilib

Əfqanıstanın Qəndəhar vilayətinin Spin Boldak rayonu “Taliban” radikal qruplaşmasının nəzarətinə keçdikdən sonra yüzdən çox vətəndaş naməlum şəxslər tərəfindən öldürülüb.

Bu barədə “Tolo News” xəbər verib.

Bildirilir ki, Əfqanıstan hökuməti dinc sakinlərin qətlində talibləri ittiham edir.

“Qəddar terrorçular Pəncabdakı (Pakistan) başçılarının əmri ilə Spin Boldakın bəzi bölgələrində günahsız əfqanların evlərinə hücum edib yüzlərlə günahsız insanı öldürüb”, – deyə DİN-dən məlumat verilib.

Ancaq “Taliban” mülki şəxslərin qətllərində iştirakını inkar edir.

Qeyd edək ki, Pakistanla sərhəddəki Spin Boldak bölgəsi bundan əvvəl də “Taliban” tərəfindən ələ keçirilmiş, daha sonra isə yenidən hökumət qüvvələrinin nəzarətinə keçmişdir. Pakistan-Əfqanıstan sərhədində yerləşən Spin-Boldak ticarət baxımından strateji bir mövqeyə sahibdir.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda narkotik satan və avtomobillərin yan güzgülərini oğurlayanlar tutuldu – FOTO/VİDEO

Admin

Nişanlısının “Whatsapp” qrupuna şəkil göndərən qadın rüsvay oldu – Diqqətdən qaçan nüans – FOTO

Admin

Bakıda qardaşlar arasında dava qanla bitdi

Admin

Leonid İvaşov: “Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”

Admin

Lənkəranda kişi arvadını öldürdü

Admin

Bakıda kişi apteklərdən uşaq qidaları oğurlayıb, pulu ilə narkotik aldı – FOTO/VİDEO

Admin

Şərh yazın